Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız vəfat edib.
Sumqayit24.az-ın məlumatına görə, 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə aldığı klinikada dünyasını dəyişib.
Xatırladaq ki, hadisə sentyabrın 28-də 10-cu mikrorayonda baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.