Sumqayıt cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
Sumqayit24.az xəbər verir ki, turnir Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilir. Məşhur idmançılar ailəsinin gənc üzvü Ömər Rəcəbli (81 kq) bu gün tatamiyə çıxacaq.
Qeyd edək ki, Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.