Sumqayıt Dövlət Universitetində "Yol ver Türkün bayrağına" adlı dəyirmi masa təşkil edilib. Sumqayıt24 bu barədə 3 dekabr tarixində təhsil müəssisəsinə istinadən xəbər verir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbirdə professor Avtandil Məmmədov böyük şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Burada fakültənin 3-cü kurs tələbəsi Günel Qənbərova şairin "Göygöl", 4-cü kurs tələbəsi Fariz Rəcəbov "Çırpınırdı Qara dəniz" şeirlərini səsləndirdilər.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bu tədbir şairin ölməz ruhuna dəyərli hədiyyə olub.