Sumqayıtda brakonyer saxlanılıb. Sumqayıt24 bu haqda 11 yanvar tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt akvatoriyasında qanunsuz balıq ovlayan şəxs aşkarlanıb. Onun şəhər sakini Ruslan Xələfov olduğu müəyyən edilib. Xələfovdan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Təqsirkar şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.