Bu gün Sumqayıt Dövlət Dram Teatrının aktyoru Oktay Mehdiyevin doğum günüdür.
Sumqayit24.az xəbər verir ki, Oktay Nüsrət oğlu Mehdiyev 1976-cı ildə anadan olub. Mehdiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsini bitirib. O, 1999-cu ildən indiyədək Sumqayıt Dövlət Dram Teatrının aktyorudur. Oktay Mehdiyev eyni zamanda bədii filmlər və seriallarda müxtəlif obrazlar yaradıb. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülüb.
Teatr rəhbərliyi və kollektivi Oktay Mehdiyevi təbrik edir, ona can sağlığı və müvəffəqiyyətlər arzulayır.