Rəhman Natiq oğlu Məmmədov 1997-ci il fevralın 13-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilini 13 nömrəli məкtəbdə alıb. Uşaqlıqdan futbola həvəsi olan Rəhman “Sumqayıt” klubunun yeniyetmələrdən ibarət komandasında oynayıb. Sonra bir müddət Qəbələdə bacarıqlarını artırıb. Rəhman 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Azərbaycan Ordusunun əsgəri olan Məmmədov Vətən müharibəsi zamanı Şuşa da daxil olmaqla bir neçə rayon və kəndlərimizin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Məmmədov “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.