Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.
Zərifə Əliyeva 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub. O, oftalmologiya peşəsinə daha dərindən yiyələnmək üçün Moskvadakı Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursunu keçib.
Əliyeva 1947-ci ildə indiki Azərbaycan Tibb Universitetini bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
1981-ci ildə Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Zərifə Əliyeva 15 aprel 1985-ci ildə Moskva şəhərində vəfat edib. 1994-cü ildə cənazəsi Bakıya gətirilərək, Fəxri xiyabanda, atasının qəbri yanında dəfn olunub.