Sumqayıt bulvarında abadlıq işləri aparılır. Sumqayıt24 bu haqda 26 aprel tarixində DünyaTV-yə istinadən xəbər verir.
Istirahət guşəsində güllərin əkini davam etdirilir, onlara xüsusi qulluq göstərilir, ətrafı səliqə-səhmana salınır. Həmçinin oturacaqlar və kölgəliklər təmir edilib, bulvar boyunca yeni skamyalar qoyulub, işıq dirəkləri isə rənglənib.