Sumqayıtda ağır qəza baş verib.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə bu səhər Çerkassı küçəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, əsas yoldan keçən nəqliyyat vasitələrinə yol verməyən, yüksək sürətlə hərəkət edən “Hyundai” markalı avtomobil aşıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Xəsarət alanların olub-olmaması məlum deyil.