Ceyranbatan qəsəbəsində ümumi sahəsi 70 kv.m olan evdə yanğın baş verib. Xəsarət alan var. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər veririk.
Hadisə zamanı, birmərtəbəli evin 25 kv.m sahəsində yanar konstruksiyaları yanıb. Yanğında bir nəfər yanıq xəsarəti alıb. Çağırış ünvanına cəlb olunan FHN əməkdaşları alovu söndürməyə və evin qalan hissəsini mühafizə etməyə nail olublar.