Ceyranbatan qəsəbəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Hadisə noyabrın 30-da səhər saatlarında baş verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 22 yaşlı C.Məmmədli avtomobillə birgə saxlanılıb. O, “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinir.
Fakt araşdırılır.