Ceyranbatan qəsəbəsində fərdi yaşayış evlərinə neft sızması baş verib. Bu haqda 6 iyul tarixində Sumqayıt24 İctimai TV-yə istinadən məlumat verir.
BTZ bağları kimi tanınan ərazidə Müəllimlər küçəsində 20-yə yaxın ev təhlükə ilə üzləşib. Burada neft sızması nəticəsində gölməçələr yaranıb.
“1983-cü ildən burada yaşayıram. 10 günə yaxındır ki, hər gün həyətimə neft gəlir. Evə tərəf getməsinin qarşısını almaq üçün çarəni həyətdə kiçik quyular qazmaqda görürəm”, - deyə sakin bildirib.
Sakinlər yaranmış problemlə bağlı müvafiq qurumlara müraciət etdiklərini qeyd ediblər.