Ceyranbatan qəsəbəsində yanğın baş verib.
Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkan qəfəsində 3 ədəd qoruyucu açar və 2 paq.m elektrik kabeli yanıb.
Mənzillər mühafizə olunub. Alov FHN-in bölmələri tərəfindən söndürülüb.