Sumqayıtda “Chevrolet Camaro” markalı avtomobil aşıb. Bu barədə 5 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə 17-ci mikrorayonda, Olimpiya İdman Kompleksinin yaxınlığında baş verib. Şahidlərin dediyinə görə, sürücü idərəetməni itirərək maşını bordürə, sonra isə ağaca çarpıb. Nəticədə avtomobil aşıb, ağac isə qırılaraq üzərinə düşüb.
Qəza zamanı bir nəfər yüngül xəsarət alıb.
[modula id="28155"]