COP29 konfransı çərçivəsində təşkil olunacaq Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesi 9 noyabr tarixindən etibarən başlanılacaq.
Sumqayit24.az xəbər verir ki, biletləri ödənişsiz olaraq “iTicket.az” saytı vasitəsilə onlayn qaydada əldə etmək mümkün olacaq. Gün ərzində bilet limiti dolduqdan sonra proses dayandırılacaq və növbəti gün yenidən aktivləşdiriləcək.
Qeyd edək ki, COP29 11-22 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək.