Sumqayıtda 4 nömrəli marşrut avtobusunun hərəkət cədvəlində problem yaşanır.
Sumqayit24.az xəbər verir ki, sözügedən marşrut şəhərin Alüminium zavodunu Corat qəsəbəsi ilə əlaqələndirir.
Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, Corat qəsəbəsinə hazırda yalnız bir avtobus xidmət göstərir:
Bu vəziyyət artıq 1 həftədir davam edir. Qəsəbəyə yalnız 1 avtobus işləyir, o da hər 2 saatda bir gəlir. Sürücü isə avtobusların nasaz olduğunu söyləyir", – deyə sakinlər əlavə ediblər.