top
Coratda 3 nəfəri öldürən şəxs: “Həmin an anamı da güllələyərdim” - MƏHKƏMƏ - ÖZƏL
30 oktyabr 2024, 06:07
- ↺ +

Coratda 3 nəfəri öldürən şəxs: “Həmin an anamı da güllələyərdim” - MƏHKƏMƏ - ÖZƏL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin məhkəməsi keçirilib.

Sumqayit24.az xəbər verir ki, cinayət işinə hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. İclasda zərərçəkmiş şəxslər ifadə veriblər.

Zərərçəkmiş Tərlan Qulu qızı Fərəcova ifadəsində bildirib ki, hadisəni törədən şəxs tək olmayıb:

“ Müşfiq Tağıyevin anası mənim qapıma pul istəmək üçün dəfələrlə gəlib. Bunun bir sözü, digəri ilə üst-üstə düşmür.

Bu cani burada tək oturmamalıdır. Bunu “killer” kimi tutan şəxs haradadır? Ona dostları köməklik göstəriblər. Onları da məhkəməyə gətirin.

Yatmışdım. Ayılaraq qışqırdım,  elə bildim ki, kombi partlayıb. Aşağı düşüb gördük ki, qızım güllələnib. Ondan sonra cani əlində tutduğu atasının silahı ilə məni də vurdu. Bir də ayıldım ki, qan məni “götürüb aparıb”. Digərlərinin güllələnməsini görməmişəm. Kişi-kişi ilə üzbəüz gələr”.

Təqsirləndirilən Müşfiq Tağıyev verilən ifadələrin yalan olduğunu iddia edib. Bundan sonra, məhkəmə zalında tərəflər arasında münaqişə baş verib.

Daha sonra zərərçəkmiş Vüsalə Fərəcova ifadə verib. Qadın hadisə barədə ona uşaqlarının məlumat verdiyini deyib:

“Səhər saat 7-ə işləmiş yuxudan oyandım. Yağmur və Cansu gəlib qapını döydülər. Hər ikisi qan içində idi. Valideynlərinin güllələndiyini dedilər. Təqsirləndirilən şəxsi tanımırdım”.

Məhkəmədə yenidən qalmaqal yaranıb. Zərərçəkmiş Tərlan Fərəcova əsəbiləşərək təqsirləndirilən şəxsə “Get, bacının qeyrətini çək. Gorbagor olasan” deyib.

Müşfiq Tağıyev isə “Sizinkiləri gorbagor edib, göndərmişəm. Gorbagor olub sizinkilər” deyərək cavab verib.

Hadisə zamanı yaralanan Mehman Sarıyev ifadəsində Müşfiqin atasını tanıdığını, onun pis insan olmadığını deyib:

“Bu hadisə bizim üçün çox gözlənilməz oldu. Yatsam, yuxuma girməzdi. Saat 6-ya 10 dəqiqə qalmışdı. Güclü səsə ayıldım. Pəncərəni açıb gördüm ki, heç nə yoxdur. Qayıdıb yerimə uzananda ikinci dəfə səs gəldi. Oğlumun yanına gedib gördüm ki, əynini geyinib çölə çıxır. Mənə dedi ki, Dağbəyi əmigilin evində hadisə baş verib. Oğlumun arxasınca qaçdım və güllələndiyini gördüm. Qışqırdı ki, “ata, gəlmə güllə yağır”. Həmin an həm qarnımdan, həm də ayağımdan güllə yarası aldım.

Hadisədən 10 gün əvvəl bağda iş görürdüm. Gördüm ki, Müşfiq darvazanın arxasındadır. Üz-gözünü tük basmışdı, saqqal içində idi. 10 yaşında bir uşağın bir-birinə cinsi təzavüz etməsi necə olur? Neçə il bu kini-küdurəti saxlayıb, indi bir ailəni talan etmək nə deməkdir? Öz başıma gəlməsə idi, bu hadisəni kimdənsə eşidib inanmazdım”.

Təqsirləndirilən Müşfiq Tağıyevə sual vermək üçün şərait yaradılıb. O, cinayəti necə planlaşdırdığından danışıb:

“Düz deyir. Mən hadisəni törətmək üçün günlərlə haradan və necə düşəcəyimi, nə edəcəyimi planlaşdırmışam. Həmin an anam da gəlsə, güllələyərdim. 26 il o darvazanın qabağından hər dəfə keçəndə sinəm para-para olurdu”.

Sonda söz güllələnən şəxsin qızlarına verilib. Yağmur Qaraqaşın sözlərinə görə, yuxudan oyandıqda ata və anasının güllələndiyini görüb:

“Mən yuxudan duranda anam güllələnmişdi. Atamın yanına gedib anamı təcili xəstəxanaya aparmaq lazım olduğunu demək istəyirdim ki, onun da güllə ilə vurulduğunu gördüm. Evə tüstü dolurdu, anam da qapının önündə idi. Şahmar məni görəndə içəri girmədi. Müşfiq çölə çıxandan sonra Şahmar içəri girdi. Bunu istintaqda qeyd etməyiblər. Amma deyim ki, Şahmarla Müşfiq əlbirdir. Çünkü Şahmar “evdə tüfəngli adam var” deyib içəri girmədi”.

Güllələnərək öldürülən şəxsin digər qızı, 13 yaşlı Cansu Qaraqaş valideynlərinin güllələndiyini eşitdiyini bildirib:

“Anamın qaçdığını da, güllələndiyini də eşitdim. Qapını açıb çıxanda atamın qışqırığını eşitdim. Anamın yanından ayrılıb, içəri keçəndə atamın vurulduğunu gördüm. Bacım məndən gec durub. Dəsmal götürmək üçün içəri getdim”.

Cansu Qaraqaş azyaşlı olduğu üçün ifadəsi yarıda kəsilib. Digər şahidlərin və zərərçəkmiş şəxslərin növbəti məhkəmə prosesinə gəlməsi tələb edilib.

Məhkəmənin növbəti iclası dekabrın 18-ə saat 15:00-a təyin edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 28-də saat 05:50 radələrində Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərinin birində baş verib. Odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da vəfat edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.

İstintaqla Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər