Corat qəsəbəsində yanğın olub. Sumqayıt24 bu haqda 9 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə sahəsi 100 kv.m olan birmərtəbəli evdə baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb. Alov FHN-nin əməkdaşları tərəfindən söndürülüb. Evin qalan hissəsi mühafizə olunub.