Sumqayıt Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə region birinciliyi baş tutub. Bu haqda 20 aprel tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
”Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş turnir 2010-2012-ci il təvəllüdlü oğlan və qızlar arasında keçirilib. Qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.
Birinciliyin keçirilməsində məqsəd şəhərdə cüdo idman növünün təbliği və inkişafı, idmançıların idman ustalığının artırılması, şəhər yığma komandasının komplektləşdirilməsidir.