Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
"Report"un məlumatına görə, köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə Şuşaya 16 ailə - 60 nəfər köçürülüb.
Qeyd edək ki, indiyədək Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.