top
Dəm qazının gətirdiyi ölümdən necə qorunaq? – EKSPERTDƏN ÖZƏL AÇIQLAMA
14 yanvar 2025, 06:30
- ↺ +

Dəm qazının gətirdiyi ölümdən necə qorunaq? – EKSPERTDƏN ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dəm qazı qış mövsümünün ən aktual məsələsinə çevrilib. Azərbaycanda qış mövsümünün gəlişi ilə dəm qazından zəhərlənənlərin və ölənlərin sayı artır. Bu il də sözügedən mövzu ölkə gündəmini zəbt edən əsas məsələlərdən oldu.

Bir neçə gün öncə ard-arda Sumqayıtda, Bakıda və digər bölgələrdə dəm qazından zəhərlənmələr qeydə alındı. Bəzi hallarda bir ailənin bütün üzvləri xəstəxanaya yerləşdirildi. Bu da dəm qazı məsələsini yenidən diqqət mərkəzinə gətirib.

Sumqayıtda təkcə dekabr və yanvar ayında 18 nəfər dəm qazından zəhərlənib. 3 nəfər dünyasını dəyişib. Rəsmi statistikası olmasa da, bu problem səbəbindən hər həftə iki-üç ölüm faktı barədə söhbətlər dolaşır.

Sözügedən məsələnin ciddiliyini nəzərə alıb bu cür ölümlərin haradan və necə qaynaqalandığını öyrənməyə çalışdıq.

Mövzu ilə bağlı Sumqayit24.az-ın əməkdaşı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev ilə əlaqə saxlayıb.

Foto açıq mənbələrdən

Onun sözlərinə görə, qaz təsərrüfatı olan yerdə mütləq təhlükəsizlik məsələsi ön planda olmalıdır:

“Əgər evdə qaz təsərrüfatı varsa, mütləq onun təhlükəsiz istismarı həyata keçirilməlidir. Qazın yanması üçün kifayət qədər oksigen lazımdır. Ən diqqət yetirməli olan məqam da elə budur. Qaz cihazı olan yerdə ilk olaraq havalandırma düzgün tətbiq edilməlidir.

Ona görə otağın həcmi nəzərə alınmalıdır. Evdə ikigözlü qaz sobası varsa, otağın həcmi minimum 8 kv.m, üçgözlü olanda 12 kv.m, dördgözlüdə isə 15 kv.m olmalıdır. Əlavə olaraq, su qızdırıcı da quraşdırılıbsa, otağın həcmi minimum 20 kv.m olmalıdır. Həmin otaqda nəfəsliyin olması şərtdir, eyni zamanda tüstü bacasının da işlək vəziyyətdə olmasına diqqət yetirmək lazımdır”.

E.Nurəliyev qeyd edib ki, dəm qazı və sızma əleyhinə detektorlar quraşdırılmalıdır:

“Bu kompleks görülən bir tədbirdir. Bunların heç birinə əməl olunmayıbsa, əlbəttə yanma prosesi pozulacaq. Dəm qazı natamam yanma məhsuldur. Yanma prosesi düzgün getmədikdə yaranır. Yanma prosesi  o zaman düzgün getmir ki, otaqda kifayət qədər hava olmur və tüstü bacası işlək halda deyil. Standartlara uyğun olmayan qaz sobalarından istifadə edildikdə də dəm qazının yaranma ehtimalı var.

Ona görə də havalandırmanın olması mütləq qaydada təmin edilməlidir. Tüstü bacasını ildə iki dəfə yoxlatmaq vacibdir. İxtisaslaşmış müəssisə tərəfindən və yaxud da insanlar özləri də tüstü bacasının işlək vəziyyətdə olub-olmamasını yoxlaya bilərlər. Kağız parçası yandırıb, tüstü bacasının sovurma qabiliyyətini yoxlamaq olar. Tüstü bacası illərdir təmizlənmirsə, işlək vəziyyətdə olmayacaq. Sovurma qabiliyyəti də demək ki, artıq sıradan çıxır. Bu zaman da yanma prosesi pozulacaq. Onda da dəm qazının əmələgəlmə riski yaranır. Bu məsələyə ciddi yanaşmaq lazımdır”.

Nəzrin Vahid

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər