Dənizkənarı parkın işıq problemi öz həllini tapıb. Bu barədə 24 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Xəbər verdiyimiz kimi, Şəhidlər xiyabanı və “Göyərçin” abidəsi arasındakı yol uzun illər qaranlıq içində idi. Axşam saatlarında ərazi narkomanların məskəninə çevrilirdi. Bu isə öz növbəsində gəzməyə çıxan sakinləri narahat edirdi.
Nəticədə bir neçə gün öncə parka dirəklər quraşdırılıb və ətraf işıqlandırılıb.