Sumqayıtda ahıl kişi dünyasını dəyişib. Sumqayıt24 bu barədə 9 dekabr tarixində Xeberle.com-a istinadən məlumat verir.
Hadisə şəhərin Dənizkənarı parkında qeydə olunub. İstirahət edən 69 yaşlı H.Z. Tağıyev qəsəbəsi sakini Bəşir Zeynalovun qəfildən vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Meyit aidiyyəti üzrə təhvil verilib.