top
Dəvəsi ilə məşhurlaşan heyvansevər: “Onu satın almaq istəyən çox olub, bütün təklifləri rədd etmişəm” – ÖZƏL MÜSAHİBƏ
02 noyabr 2024, 07:30
- ↺ +

Dəvəsi ilə məşhurlaşan heyvansevər: “Onu satın almaq istəyən çox olub, bütün təklifləri rədd etmişəm” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəzi insanlar var ki, onlar heyvanlara xüsusi sevgi bəsləyirlər. Həmin şəxslər müxtəlif ev heyvanlarına sahiblənirlər. Sosial şəbəkələrdə dəvə saxlayan azərbaycanlı şəxsin videoları maraqla izlənilib. Buna təəccüblə yanaşanlar da az deyil.

Sumqayit24.az-ın əməkdaşı sosial şəbəkələrdə dəvəsi ilə məşhurlaşan Elnur İmanlı ilə həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik:

- Elnur bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1992ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışam.

- Heyvanlara sevginiz haradan qaynaqlanıb?

-  Uşaqlıqdan heyvanları sevən biri olmuşam. Bu sevgini də mənə valideynlərim aşılayıb. Böyüyəndən sonra da bu sevgiyə sadiq qaldım.

- Sosial şəbəkədə dəvə ilə videolarınızı gördük. Maraqla qarşıladıq. Necə oldu ki, dəvə saxlamaq qərarına gəldiniz?

- Dəvə ilə videolarımı sosial şəbəkələrdə paylaşmaqda məqsədim insanlara xoş enerji ötürmək və heyvanlara sevgini aşılamaqdır. Bir dəfə internetdə satış səhifələrinin birində dəvənin satıldığını gördüm. Dəvə çox zəif idi. Ağlıma dəvələrin möcüzəvi olduqları və peyğəmbərimizin dəvəsinin ona sadiq olduğunu xatırladım. Və belə qərara gəldim ki, dəvəni satın alım.

- Dəvəni neçə ildir saxlayırsınız?

- İki ilə yaxındır ki, dəvəni saxlayıram. Hazırda üç yaşı var. Adı Momudur. Adını dostum Vüsal qoyub. Vüsal da ən azı mənim kimi o dəvəyə baxır. Üzərində əziyyəti var. Dəvəm hazırda dostum Vüsalın atları ilə birlikdə isti və təmiz yerdə saxlanılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bir heyvansevər kimi Qobustanda təşkil olunan tədbir zamanı dəvəmə yaxınlaşıb, öz sevgisini göstərib.

- Heyvanlarından öz məqsədləri üçün istifadə edənlərə münasibətiniz necədir?

- Men heyvana əziyyət vermədən işlədən insanlara pis baxmıram. Nəticə etibarı ilə normasında işlədib, evlərinə halal pul aparırlar. Axı heyvanların da böyük tələbatları var. Onları da qarşılamaq lazımdır.

- Sizdən dəvənizi almaq istəyən olubmu? Çünki bəzi işbazlar dəvə ətindən istifadə üçün onu satın alıb, istifadə etmək istəyirlər. Buna münasibətiniz necədir?

- Dəvəmi almaq istəyən çox olub. Sırf ətindən istifadə üçün almaq istədiklərini bilirdim. Bütün təklifləri rədd etmişəm.

- Dəvənizlə başınıza gələn maraqlı hadisədən danışardınız.

- Bir dəfə mən atla dəniz sahilində gəzirdim. Arxadan dəvəm məni gördü. Qaçaraq gəlib, qolumdan tutdu. Qısqanclığını göstərdi. Həmin görüntüləri sosial şəbəkədə 1 milyona yaxın şəxs bəyəndi, 26 milyon nəfər tərəfindən izlənildi. Dünyanın bir çox ölkələrində də paylaşıldı.

- Sonda nə demək istəyərdiniz?

- Bir daha dəyərli Azərbaycan xalqıma demək istəyirəm ki, qarşıdan soyuq qış fəsli gəlir. Hər birindən xahiş edirəm ki, çöldəki sahibsiz heyvanlara isti yer və yemək versinlər.

Nəzrin Vahid

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər