Sumqayıtda daha bir avtobus dayanacağı qəzalı vəziyyətdədir.
Sumqayit24.az-a yerli sakinlərin müraciətinə əsasən, şəhərin 9-cu mikrorayonunda yerləşən dayanacaqda oturacağın bir ayağı qırılıb. Həmçinin, uzun müddətdir ki, dayanacağın şüşələri yoxdur.
“Oturacaq olmadığı üçün avtobusu gözləyərkən ayaqüstü qalmağa məcburuq. Üstəlik, şüşələrin olmaması səbəbindən soyuqdan donuruq. Bəzən yarım saatdan çox gözləməli oluruq”, - deyə sakinlər narazılıqlarını bildiriblər.