Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində səyyar qəbul keçirilib. Bu haqda 14 fevral tarixində Sumqayıt24 xəbər verir.
Millət vəkili Müşfiq Məmmədli sakinlərin müraciətlərini dinləyib. Qəbula gələn sakinlər məişət, məşğulluq, yol infrastrukturu, məhkəmə və digər mövzularda müraciətlər ediblər.
Burada deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.