Milli Məclisin plenar iclasında Sumqayıtın istilik techizatı barədə danışılıb. Sumqayıt24 bu barədə 21 oktyabr tarixində Oxu.az-a istinadən xəbər verir.
“Qarşıdan qış mövsümü gəlir. Təəssüf ki, Sumqayıtın istilik təchizatı hələ də tam həllini tapmayıb”, - deputat Emin Hacıyev deyib.
Deputat, həmçinin söyləyib ki, 2021-ci və 2022-ci illərin dövlət büdcəsinin müzakirəsi zamanı da istilik sisteminin yenidən qurulmasına maliyyə ayrılması ilə bağlı hökumətə müraciət ünvanlanmışdır.