top
DİM magistraturaya qəbul elan edib
13 yanvar 2025, 02:30
- ↺ +

DİM magistraturaya qəbul elan edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edib.

Sumqayit24.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr bu gündən başlayaraq yanvarın 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ("Şəxsi kabinet"i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 manat) "Şəxsi kabinet"indəki hesabına əlavə edir.

Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub, "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir.

Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında "Bakalavrın elektron ərizəsi"ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının (I cəhd) fevralın 16-da keçirilməsi nəzərdə tutulur.

İmtahanda bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), informatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq. Qeyd edək ki, xarici dil üzrə bakalavrlara oxuyub-anlama bloku üzrə iki oxu mətni - mətnlərin hər birinə aid 4 qapalı, bir açıq tipli test tapşırığı olmaqla, ümumilikdə 5 tapşırıq təqdim olunur. Oxu mətnləri üzrə açıq tipli (seçim) test tapşırıqlarından əlavə, verilmiş fikrin doğru və ya yanlış olmasını müəyyənləşdirməyi tələb edən qapalı tipli test tapşırıqları da verilir. Bu tip test tapşırıqlarında, ümumilikdə 4 mülahizə olur. Bakalavrın mülahizələrə dair verdiyi bütün cavablar doğru olduqda bu, 1 (tam) balla, 3 mülahizəyə dair verdiyi cavab doğru olduqda 0.5 (yarım) balla, iki və ya daha az mülahizəni doğru cavablandırdıqda isə 0 (sıfır) balla qiymətləndirilir.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər