Sumqayıtda “Gəncləri Dini radikalizm-ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq“ adlı görüş keçirilib. Bu barədə 1 dekabr tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Tədbir Musiqi Kollecində təşkil olunub. Kollecin direktoru Səbinə Mehdiyeva, Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rüfət Mahmudzadə, Şəhər Polis İdarəsinin əməkdaşı Azər Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ülvi Məmmədov və Narkoloji Dispanserin həkimi Vüsal Bəşirzadə narkomaniyanın və dini radikalizmin törətdiyi fəsadlardan danışıblar.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.