Sumqayıtda avtomobil yol kənarında dirəyə çarpılıb. Sumqayıt24 bu barədə 10 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə ötən gün H.Z. Tağıyev qəsəbəsində baş verib. Qəza nəticəsində "VAZ" markalı minik avtomobilində 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Əraziyə FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində yaralanan şəxs müxtəlif xəsarətlərlə təcili tibbi yardım briqadasına təhvil verilib.