Abşeron - Xızı Regional Təhsil İdarəsinin tabeliyində şagird sayı 150-500 arası olan məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi yekunlaşıb.
Sumqayit24.az xəbər verir ki, bu mərhələdə namizədlər məktəb idarəetməsi üçün zəruri olan qanunvericilik və normativ hüquqi aktlar, pedaqogika və metodika, tədris prosesini idarə olunması, ünsiyyət bacarığı, kollektivdə işləmə bacarığı və digər mövzular üzrə sualları cavablandırıblar.
Qeyd edək ki, müsahibə mərhələsində ümumillikdə 36 nəfər namizəd iştirak edib.