top
Dünya çempionlarını məğlub edən sumqayıtlı Şəfəq: İndi hədəfim Olimpiya çempionluğudur
17 aprel 2026, 14:46
- ↺ +

Dünya çempionlarını məğlub edən sumqayıtlı Şəfəq: "İndi hədəfim Olimpiya çempionluğudur"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında sumqayıtlı cüdoçu Şəfəq Həmidova sensasiyaya imza ataraq, dünya çempionu və Olimpiya mükafatçısı olmuş rəqiblərini üstələyib. Yarımfinaladək irəliləməyi bacaran 26 yaşlı idmançı sonda 5-ci yeri tutub.

Görüşlərinin ardından Şəfəq Həmidova müsahibə verib. O, əvvəlcə təəssüratlarını bölüşüb:

- ⁠Rəqiblərim çox güclü idilər. Buna baxmayaraq, vuruşdum, döyüşdüm. Medala çox yaxınlaşmışdım. Lakin qismət olmadı.

- Kifayət Qasımovadan sonra ikinci Avropa mükafatçısı kimi tarixə keçməyə yaxın idiniz. Bunu bilirdiniz?

- Bəli, bilirdim. Qızlarla da az öncə bundan danışırdıq.

- Dünya çempionu və Olimpiya mükafatçısı olmuş cüdoçuları məğlub etdiniz. Medalı son anda qaçırmağınız sizə necə təsir edir?

- ⁠Fikrimcə, çox yaxşı nəticədir. Artıq özümü daha özgüvənli hiss edirəm. Ən güclü rəqib üzərində belə qələbə qazana biləcəyimi hiss edirəm. Bundan sonra 5-ci yer yox, Olimpiya çempionluğu istəyirəm.

- Yeni baş məşqçi Amina Abdellatif sizdə nəyi dəyişdi ki, nəticələrinizi bu dərəcədə yaxşılaşdırdınız?

- Əvvəllər yeniyetmələrin və gənclərin yarışında müəyyən nəticələrim olmuşdu. Lakin böyüklərin mübarizəsində çıxış etmək mənə qismət olmamışdı. Bu, yeni baş məşqçinin rəhbərliyi altında ilk Avropa çempionatım idi. ⁠Həm psxoloji baxımdan dəyişmişəm, həm də döyüşdən qopmamağı öyrənmişəm, daha əzmkaram. Əvvəllər tam istədiyim kimi vuruşa, gücümü ortaya qoya bilmirdim. Sanki özümə inamım yox idi. Bir çox yarışı buraxmışdım. 4 il ərzində ara-sıra çıxış edirdim. Yeni məşqçilərin gəlişindən sonra itirdiyim özgüvənimi tam qazandım.

- 5-ci yeri Bakıda keçiriləcək dünya çempionatında medalla sığortalamaq barədə nə düşünürsünüz?

- ⁠Qismət olsa, niyə də olmasın?! Özümü güclü hiss edirəm. Rəqiblərim də güclüdür, amma mən yenə də vuruşacam. Əlimdən gələni edəcəyəm ki, medal qazanım.

- Qarışıq komanda yarışlarında medal qazanmağa qadın cüdoçuların zəif nəticələrinin mane olduğu bildirilirdi. Bugünkü nəticənizdən sonra belə bir problemin tədricən aradan qaldırılmağa başlandığını demək olarmı?

- İnanıram ki, hər kəs çox çalışsa, axıradək vuruşsa və bir az da psixoloji hazırlıqlı olsa, medal qazana bilər. Qadınlardan ibarət komandamızın zəif olduğunu düşünmürəm. Çatışmayan cəhətlər üzərində işləmək lazımdır. Burada iştirak edən hər bir qadın cüdoçumuz medala yaxın idi.

- Öz karyeranız barədə də məlumat verərdiniz: Harada doğulmusunuz, cüdoya qədər hansı məşğuliyyətiniz olub?

- Əslən ⁠Qubadan - Xınalıq kəndindənəm. Valideynlərim Sumqayıta köçüblər və özüm bu şəhərdə doğulmuşam. Cüdodan əvvəl qarmona getmişəm (gülür - red.). Sonra cüdoya və voleybola getdim. Lakin ilk məşqçim Zaur İsgəndərli "Birini seç, hansını istəyirsənsə, onunla davam et" dedi. Mən də cüdonu seçdim.

- Qarmonçu kimi toylara getmirdiniz?

- Xeyr, qarmon öyrənməyə yeni başlamışdım. Həmin vaxt inanmırdım ki, cüdoya gələrəm. Qardaşım cüdoya gedirdi, mən də onun məşqlərinə baxdıqdan sonra həvəsləndim. Valideynlərimdən xahiş etdim ki, məni də cüdoya qoysunlar. Nəticələr göstərəcəyimə söz verdim. Qardaşım cüdonu dayandırsa da, mən yoluna davam etdim.

Mənbə: Sportnet.az

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Oxşar xəbərlər