top
Əfsanəvi taborun şəhidi Şəhriyar Quliyevin anası: Oğlum onu göylərə apardı
02 oktyabr 2024, 02:27
- ↺ +

"Əfsanəvi tabor"un şəhidi Şəhriyar Quliyevin anası: "Oğlum onu göylərə apardı"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin bu dəfəki sayında müəllif və aparıcı Arzu Kəlbi Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin məzarını ziyarət edib. Şəhidin anası Xalidə Quliyeva ilə həmsöhbət olub.

Müəllif bildirib ki, müharibənin yeni bitdiyi dövrdə ondan Sumqayıtda salfet satan bir oğlana yardım etməyi xahiş ediblər:

"Uşağın qaldığı yerə gedəndə gördüm ki, ora ev demək olmaz. Oğlan vaqona oxşayan yerdə anası və bacısı ilə birgə yaşayırdı. Anası dedi ki, oğlu küçələrdə salfet satanda bir oğlan onu görür. O, ona "Mən istəmirəm ki, sən küçələrdə salfet satasan. Bundan sonra sənə dəstək olacağam" deyir".

A.Kəlbinin sözlərinə görə, aradan uzun müddət keçdikdən sonra oğlan gəlmir və uşaq təkrar salfet satmağa başlayır:

"Bir müddət sonra yaşadıqları yerin qapısı döyülür. Əlində aş qazanı ilə bir xanım gələrək deyir ki, sizə yardım edən mənim oğlum idi, şəhid oldu. Həmin oğlan 44 günlük Vətən müharibəsində döyüşən, canını və qanını fəda edən xüsusi təyinatlı şəhid Şəhriyar Quliyev idi".

Şəhidin anası Xalidə Quliyeva bildirib ki, oğlu ailəyə çoxlu yardımlar edib:

"Hər maaşını alanda oğlum həmin uşağın yanına gedirdi. Oğlan, oğlumu necə qucaqlayırdısa, sanki doğma atasına sarılırdı. 2 ildən çox müddət ərzində oğlum ailəyə yardımlar etdi. Sonra da özü şəhid oldu".

X.Quliyevanın oğlu şəhid olandan sonra da sözügedən ailəyə dəstəyi davam edib.

"Hər dəfə tədbirlər olanda həmin oğlan da gəlir, iştirak edirdi. Son zamanlar isə gördüm ki, daha gəlmir. Mən də onlara getdim. Gördüm ki, uşaq xəstədir, ayaqları tutulub yeriyə bilmir. Yenə də ona yardım etdik. Sonra bir gün eşitdik ki, oğlan vəfat edib. Dəfninə getdik, anası uşağı həyatda saxlaya bilmədiyini dedi. Şəhriyar gördü ki, o oğlan yenə də əziyyət çəkir, ruhu onu göylərə apardı. Bəlkə də o, indi Şəhriyarın yanındadır", - deyə şəhid anası qeyd edib.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Oxşar xəbərlər