top
Ekspert: Sumqayıtdan Bakıya gələnlərə güzəşt tətbiq edilə bilər
08 yanvar 2026, 10:37
- ↺ +

Ekspert: "Sumqayıtdan Bakıya gələnlərə güzəşt tətbiq edilə bilər"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli metroda tarif siyasəti ilə bağlı açıqlama verib.

O bildirib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, bu sahədə analitik qiymətləndirmələr davam etdirilir. Onun sözlərinə görə, məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzrə aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan yarada bilər. Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliklərinin əsas məqsədi gəlirlərin artırılması deyil, metro xidmətinin təhlükəsizliyinin, etibarlılığının və dayanıqlılığının təmin edilməsidir.

"Yeni tarif çərçivəsində işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, hərəkət qrafikinin daha stabil və çevik qurulması, qatarlararası intervalın azaldılması, 34 cüt qatarla istismar imkanlarının genişləndirilməsi, eləcə də stansiyalarda xidmət keyfiyyətinin yüksəldilməsi prioritet istiqamətlərdir. Görülən işlərin nəticələri növbəti maliyyə və fəaliyyət hesabatlarında öz əksini tapacaq", – deyə Kamal Hüseynli vurğulayıb.

Mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə metroda diferensial tariflərin tətbiqinin hələ tez olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün metro şəbəkəsi xeyli genişlənməlidir: 

"Diferensial tarifdən danışmaq üçün ən azı daha 10 metro stansiyasının tikilməsi lazımdır. Şəbəkə genişlənmədən bu model gündəmə gələ bilməz. İndiki mərhələdə əsas müzakirə mövzusu Brutto müqaviləyə keçid olmalıdır. Bu keçid 2026-cı il yanvarın 1-dən baş verib və əsas məqsəd müxtəlif nəqliyyat növlərinin inteqrasiyasını sürətləndirməkdir".

Ekspert bildirib ki, bu model çərçivəsində gündəlik, aylıq və illik bilet paketləri, eləcə də güzəştli kateqoriyalar üçün xüsusi tariflər nəzərdə tutulur: 

"Güzəşt qruplarına tələbələr, təqaüdçülər, müharibə veteranları daxildir. Bu sistemdə 90 dəqiqəlik pulsuz tranzit vaxtı da önəmli yer tutur. Uzaq məsafədən – Sumqayıt, Ələt, Bilgəh kimi ərazilərdən gələn sərnişinlərin xərcləri daha çox olur. Onlar üçün gündəlik və aylıq güzəşt paketləri tətbiq edilə bilər. Sərnişin bir dəfə ödəniş edir və 90 dəqiqə ərzində həmin ödənişlə müxtəlif nəqliyyat vasitələrindən istifadə edə bilir. Bu da xərclərin optimallaşdırılması deməkdir".

Rauf Ağamirzəyev qeyd edib ki, hazırda Bakı metrosunun 27 stansiyası fəaliyyət göstərir: 

"Bu proses daha çox 2030-cu ildən sonra mümkün görünür. Hazırkı mərhələdə tələskənliyə yol vermək olmaz. İndiki şəraitdə metroda diferensial tarif dəyişikliyini real hesab etmirəm".

Qeyd edək ki, diferensial tarif modeli sərnişinlərin metrodan istifadə məsafəsinə, hərəkət zonalarına və sosial kateqoriyalarına (tələbə, təqaüdçü, işləyən sərnişinlər və s.) uyğun olaraq fərqli ödəniş etməsini nəzərdə tutur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Oxşar xəbərlər