top
Elan saytında tanış olduğu qadınları aldadan şəxslə bağlı QƏRAR
26 avqust 2026, 10:45
- ↺ +

Elan saytında tanış olduğu qadınları aldadan şəxslə bağlı QƏRAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmədə oğurluq və dələduzluqda ittiham olunan Rəşvin Məmmədzadənin işi üzrə kassasiya şikayətinə baxılıb.

Məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişin şikayəti təmin edilməyib.

İttihama əsasən, Rəşvin Məmmədzadə "Tap.az" vasitəsilə tanış olduğu şəxslərin etibarını qazanaraq müxtəlif vədlərlə onların pul və əmlakını ələ keçirib.

O, bir şəxsin Sumqayıtdakı 3 sot torpaq sahəsini sataraq 12 min manatı, daha sonra isə həmin şəxsdən əlavə pul və 6 560 manatlıq qızıl-zinət əşyalarını mənimsəməkdə ittiham olunub.

Digər zərərçəkmişlərdən birinin "Nissan Micra" markalı avtomobilini sataraq, əldə ediləcək vəsaitin üzərinə öz pulunu əlavə etməklə xaricdən "Hyundai Elantra" gətirməyi vəd edib. Avtomobil 2022-ci ilin mayında Sumqayıtda fəaliyyət göstərən avtosalonda başqa şəxsə satılıb, satışdan əldə edilən 6 000 manat isə onun tərəfindən ələ keçirilib.

Digər şəxslərə xaricdən avtomobil gətirmək, bank hesabı açmaq və mənzil almağa kömək etmək vədləri ilə on minlərlə manat aldığı bildirilib. İttihama görə, ən ağır epizodlardan birində o, bir qadının mənzilini sataraq əldə olunan 70 min manatı, həmçinin ev və qızıl-zinət əşyalarını ələ keçirib.

Məhkəmənin hökmü ilə Rəşvin Məmmədzadə oğurluq və dələduzluqda təqsirli bilinərək 7 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, Ali Məhkəmə isə son kassasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, ittihama görə, Rəşvin Məmmədzadə 3 qadın və 1 kişiyə qarşı dələduzluq edib. O, qadınlarla işlə bağlı tanış olduqdan sonra evlənmək təklifləri edərək onların etibarını qazanıb.

Mənbə: Pravda.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Oxşar xəbərlər