Sumqayıtda elektrik cərəyanı vuran 23 yaşlı gənclə bağlı bəzi təfərrüatlar məlum olub.
Xəbər verdiyimiz kimi, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş "Alüminium zavod" ərazisində qeydə alınıb. 23 yaşlı Məhəmməd Əliyevi metal qırıntıları yığarkən elektrik cərəyanı vuraraq öldürüb.
“Musavat.com”-un məlumatına görə, M. Əliyev Vətən Müharibəsi iştirakçısı və evin tək oğlu imiş.
Faktla bağlı araşdırma aparılır.