Sumqayıtda eltisi tərəfindən bıçaqlanan qadının vəziyyəti barədə məlumat əldə edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sumqayit24.az-ın sorğusuna cavab olaraq bildirib ki, 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) 05.11.2024-cü il tarixində saat 16:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:
“Döş qəfəsinin sağ yarısının ön səthinin süd vəzi payının boşluğa keçməyən və sağ qoltuqaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilən şəxs əməliyyat olunaraq zəruri tibbi yardım göstərilib. Vəziyyəti əməliyyata uyğun stabildir”.
Nəzrin Vahid