top
Əməkdar artist: “Aktyorun maaşı dolanışıq baxımından ailənin təminatını ödəmir” – ÖZƏL MÜSAHİBƏ
12 dekabr 2024, 08:00
- +

Əməkdar artist: “Aktyorun maaşı dolanışıq baxımından ailənin təminatını ödəmir” – ÖZƏL MÜSAHİBƏ

Aktyorlar yaradıcı insanlardır. Onlar öz xarakterlərini və rol aldıqları obrazları canlandırarkən böyük yaradıcılıq bacarıqları nümayiş etdirirlər. Aktyorların işi yalnız mətnləri yadda saxlamaqla bitmir, eyni zamanda hissləri və emosiyaları dərinləşdirərək, müxtəlif şəxsiyyətləri canlı şəkildə təqdim etməkdən ibarətdir. Onlar həm də rejissorların və digər yaradıcı şəxslərin ideyalarını anlayıb onlara uyğunlaşmaq bacarığına malikdirlər. Yaradıcı gücləri çox zaman səhnə və ya ekran qarşısında insanları təsir altına alır, həmçinin tamaşaçılara yeni dünyalar və düşüncə tərzləri təqdim edir.

Sumqayit24.az-ın əməkdaşı Əməkdar artist Rauf Ağakişiyev ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Rauf bəy, öncə özünüz haqqında qısa məlumat verməyinizi istərdim.

- Mən 1972-ci ildə mart ayının 26-da Sumqayıt şəhərində doğulmuşam. Sumqayıtda 30 saylı orta məktəbi bitirmişəm. 1992-ci ildə hərbi xidmətdən qayıdandan sonra sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verərək Dram və Kino Aktyorluğu fakultəsinə qəbul oldum. Görkəmli resjissorlarımızdan dərs almışam. 1992-ci ildə Sumqayıt teatrında işə qəbul oldum. Həm işləyib, həm də oxumuşam. 1992-ci ildən bu günə qədər Sumqayıt teatrında 50-60-a yaxın obraz yaratdım. Müxtəlif, tamaşaçıların yaddaşlarına həkk olan obrazlarda çıxış etmişəm.

1996-1997-ci illərdə Rusiyanın Dağıstan Respublikasına aktyor kimi ezam olundum. O zaman Dərbənd şəhərində Azərbaycan teatrı açılırdı. Deyirdilər ki, Əziz Əliyevin şərəfinə adlandırılacaq teatr açılır. Gənc aktyor kimi ezam olunmuşdum. Orada Hidayət Orucovun “Məhəbbət yaşayır” əsərində Zəfər obrazını canlandırdım. İlk pərdələri açan gənc aktyorlardan biri mən oldum. Sonradan bu müəssisə teatr statusu aldı.

1999-2000-ci illərdə yenidən Sumqayıt teatrına qayıtdım. Öz işimə burada davam etdim. 2004-cü ildə cənab Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olundum. 2014-cü ildə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri adına layiq görüldüm. 2018-ci ildə “Müstəqilliyimizin 100 illiyi münasibəti” medalı ilə təltif olundum. 2022-ci ildə Prezident Mükafatına layiq görüldüm. Bu günə qədər 20 və 25-dən çox serial və filmdə çəkilmişəm.

- Necə oldu ki, bu sahəyə marağınız yarandı?

- Sənətə ilk gəlişim 1984-cü ildə olub. Sumqayıtda yerləşən Oktyabr klubunda (28 may -hazırki adı) tənqid-təbliğ teatrı var idi. 12 yaşımdan o teatra üzv oldum. Dərnəkdə tamaşalar oynamışam.

- Teatrlarda rejissor çatışmazlığı olduğu deyilir. Siz nə düşünürsünüz?

- Düzdür, gənc rejissorlar var. Amma onların bu gün iş prinsipi məni qane etmir. Hər bir aktyor istəyir ki, digər rejissorlarla da işləsin. O zaman rejissor aktyorun potensialını üzə çıxara bilər.

Tək mən yox, çox aktyorun arzusu müxtəlif rejissorlarla işləyərək, daxilində olan potensialını bilməkdir. Təbii ki, rejissor əsasdır.

- Hazırda teatrınızda aktyor və ya rejissor çatışmazlığı varmı?

- Təbii ki, var. Bakıdan kənarda olan Dövlət Dram teatrlarının əyalət teatrı sayılması fikri ilə heç cür razı deyiləm. Sumqayıt teatrı Bakıdan 20-25 km aralı olmasına baxmayaraq əyalət teatrı sayılır. Lakin Sumqayıt Dram Teatrı özəyi olan teatrdır. Burada Ağakişi Kazımov, Nəsir Sadıxzadə, Oruc Qurbanlı, Cənnət Səlimova, Mərrahim Fərzəlibəyov, Valeh Kərimov, Afaq Bəşirqızı, Vaqif Əliyev, Kamil Məhərrəmov, Məmməd Ələkbərov, Rövşən Almuradlı, Məlik Dadaşov, Barat Şəkinskaya, Rza Əfqanlı, Məzahir Süleymanov, Svetlana Həkimova, Hacı Xəlilov və s. kimi böyük sənətkarlar çalışıblar. Bu gün Bakı tetarlarında öz sözünü deyən aktyorlar arasında bizim Sumqayıt teatrının aktyorları da var.

- Teatrlara maraq, teatrlarımızın indiki səviyyəsi sizi qane edirmi?

- Bu dəqiqə milli teatrları kənara qoysaq, görərik ki, qalan teatrlar acınacaqlı vəziyyətdədir. Həm məvacib, həm də rejissor cəhətdən əziyyət çəkirlər.

- Teatr aktyorları maaşdan şikayətlənirlər. Nə qədər qazanc əldə edirsiniz?

- Teatrlar kateqoriyalara bölünür. Birinci və ikinci dərəcəli kateqoriyalar var. Maaşlarda da fərqlər olur. Bizim teatr ikinci kateqoriya ilə işlədiyi üçün təbii ki, də maaşımız azdır.

- Ümumiyyətlə, ötən teatr mövsümü yaradıcı fəaliyyət baxımından sizin üçün necə oldu?

- Ötən ilimizin uğurlu olduğunu düşünürəm. Dekabrın 25-i tamaşamız var. “Varlı ev” tamaşasasında baş rol almağım keçən ilki uğurlarımdan biridir. Sənətimi sevirəm.

- İkinci dəfə dünyaya gəlsəm, eyni vəziyyət olsa, aktyor olmaq istəməzdim. Çünki aktyorun maaşı dolanışıq baxımından ailənin təminatını ödəmir. Sənətə olan bu münasibəti bilsəydim, gəlməzdim. Gözəl sənətdir. Sadəcə Azərbaycanda qiymət verən yoxdur. Başqa ölkələrdə yüksək qiymət verirlər.

-  Seriallara dəvət almısınız?

- Bu dəqiqə monopoliyadır. Hər kəs öz yaxınını irəli çəkməyə çalışır. Müəyyən səbəblər var. Rol üçün təklif edilən məbləğə kim razılaşırsa, yaxşı aktyor olur. Bizim bədbəxtliyimiz odur ki, serial çəkəndə bir-iki tanınmış adamı o seriala dəvət edirlər və ona 1500 manatdan artıq pul vermirlər. Dəvət edilən aktyoru da 50-70 manata çağırırlar.

Bu yaxınlarda təklif gəldi. Təklif edən adam telefonda sənətim haqqında məlumatlı olduğunu dedi. Sonda büdcəsinin zəif  olduğuna görə bir çəkilişə 50 manat verəcəyini dedi. Çox acığıma gəldi. Bütün günün itir. Görün, bizim seriallarımız nə gündədir. Açığı heç bir televiziyaya baxmıram. Mənim üçün çox maraqsız olub. Dəyərdən düşmüş kimi qiymətləndirirəm.

- Sumqayıtla bağlı xatirələrinizdən danışardınız. Sumqayıtlıların teatra marağı hansı səviyyədədir?

- Bizim kifayət qədər tamaşaçımız var. Təbii ki, hər teatrının özünün tamaşaçısı olduğu kimi Sumqayıt teatrının da öz kontingenti var. Onlar mütəmadi olaraq bizim elanlarımız ilə maraqlanırlar. Bizimlə sıx əlaqədədirlər.

- Əslən Xaçmaz rayonundansınız. Şimal bölgəsindən olanların teatra, kinoya marağı necədir? İnkişaf üçün nə etmək lazımdır?

- Mənim atam və anam Xaçmaz rayonundandır. Mən Sumqayıtda dünyaya göz açmışam. Amma əslən kökümüz Qubaya gedib çıxır. Bu gün mən Xaçmazla da sıx əlaqədəyəm. Xaçmaz Xalq Teatrının bədii rəhbəri İlham Tağıyev həm tələbə yoldaşım, həm də dostumdur. Onun dəvəti ilə Xaçmaza gedirəm. Onların hazırladıqları əsərlərdə oynayıram. Bacardığım qədər məsləhət verirəm. Nəyi necə etmək lazımdır, onu yön verirəm. Sıx təmasdayam.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
Dünən, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
Dünən, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
Dünən, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
Dünən, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
Dünən, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
Dünən, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
Dünən, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
Dünən, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Bütün xəbərlər
11 sentyabr 2026, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
11 sentyabr 2026, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
11 sentyabr 2026, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
11 sentyabr 2026, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
11 sentyabr 2026, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
11 sentyabr 2026, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
11 sentyabr 2026, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
11 sentyabr 2026, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
11 sentyabr 2026, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Oxşar xəbərlər