Bu gün Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədovun doğum günüdür.
Cəlal Qurban oğlu Məmmədov Sumqayıtda anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirib. 1999-cu ildən Sumqayıt Dram Teatrında çalışır. 10-larla tamaşada baş rolları oynayıb. Bir çox televiziya tamaşalarında, bədii filmlərdə və seriallarda müxtəlif obrazlar yaradıb.
5 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.