Abşeron yarımadasında qeyri-sabit hava davam edir.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, düşən yağıntının miqdarı 1 mm-dək olub. Həmçinin Sumqayıt ərazisində duman müşahidə olunub. Şimal-qərb küləyi arabir 18 m/s-dək güclənib.
Havanın minimal temperaturu 16 dərəcə qeydə alınıb.