Sumqayıt Bələdiyyəsi Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzi ilə birgə maarifləndirmə tədbiri keçirib.
Sumqayit24.az xəbər verir ki, FHN-in əməkdaşları bələdiyyə kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib. İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.