Sumqayıtda bir nəfər mənzildə bağlı qapı arxasında qalıb.
Sumqayit24.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.