Sumqayıtda “Dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib. Bu haqda 25 oktyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən təşkil olunan praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə şərti qəza baş vermiş binada dağıntılar altında qalmış zərərçəkmişləri “xilas edib, onlara ilkin yardım göstəriblər”.
Sonda seminarın nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.