FHN-in Sumqayıt Regional Mərkəzi və onun əhatə etdiyi ərazidə yerləşən nazirliyin qurumlarının struktur bölmələri ilə birgə qərargah məşqi keçirilib. Sumqayıt24 bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Təlim “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunu əhatə edib.
Məşqin gedişində əsas diqqət fövqəladə hallar zamanı qurumların birgə fəaliyyət mexanizminin daha da təkmilləşdirilməsi, əməliyyat planlarının reallığının yoxlanılması və komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına yönəlib. Seminardan sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Tədbir FHN-in Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə həyata keçirilib.