Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində qərargah məşqi keçirilib.
Sumqayıt24.az FHN-ə istinadən xəbər verir ki, tədbir “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Regional Mərkəzin fəaliyyətinin təşkili” mövzusuna həsr edilib.
Məşq zamanı qarşıya qoyulan əməliyyat tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Sonda əldə edilmiş nəticələr müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.