Sumqayıtda kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək.
Sumqayit24.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Belə ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən yoxlamalar Görədil - Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin 4-cü və 5-ci günləri aparılacaq.
Qeyd edək ki, qrafik hava şəraiti ilə əlaqədar dəyişdirilə, həmçinin çimərlik mövsümündə texniki baxışlar qismən məhdudlaşdırıla bilər.
Əlaqə nömrələri: +994 (12) 512-17-32; +994 (12) 512-17-47.