Sumqayıtda görkəmli bəstəkar, musiqi xadimi Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Sumqayıt24 bu barədə 6 dekabr tarixində xəbər verir.
Konsert proqramı Q. Qarayev adına 1 nömrəli Uşaq Musiqi məktəbində baş tutub. Çıxış edən tədbirin aparıcısı bəstəkarın həyat və yaradıcılığından söhbət açıb. Daha sonra məktəbin şagirdləri bəstəkarın əsərlərini səsləndirərək dinləyicilərə xoş anlar yaşadıblar.