Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevə ağır itki üz verib.
Metbuat.az-ın məlumatına görə, onun anası Nişanə Əliyeva vəfat edib. Mərhumla bu gün saat 9-da Sumqayıt şəhərində, 20-ci məhəllədə vida mərasimi təşkil olunub. Onun nəşi Samux qəbiristanlığında dəfn ediləcək.