H.Z. Tağıyev qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Sumqayit24.az xəbər verir ki, 38 yaşlı Şahmar Muradov evə qayıdarkən atası 67 yaşlı Sərdar Muradovun gəlini ilə mübahisə etdiyini görüb. Münaqişənin səbəbi isə Sərdar Muradovun gəlininin internetdən istifadə etməsi olub. Sərdar Muradov bu məsələyə görə mənzilin dəhlizindəki internet xəttini bıçaqla kəsməyə cəhd edib. Lakin oğlu Şahmar Muradov buna mane olmağa çalışıb və nəticədə ata oğluna iki bıçaq zərbəsi vurub.
Qeyd edək ki, hadisə dekabrın 26-da axşam saatlarında qeydə alınıb.