top
Gənc aşpaz: “Yeni yeməklər kəşf etmək üçün sosial şəbəkələrdən istifadə edirəm” – ÖZƏL MÜSAHİBƏ
20 oktyabr 2024, 04:00
- ↺ +

Gənc aşpaz: “Yeni yeməklər kəşf etmək üçün sosial şəbəkələrdən istifadə edirəm” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər il oktyabrın 20-də Beynəlxalq aşpazlar günü qeyd edilir. Bu gün aşpazların sənətini, mətbəx mədəniyyətini və onların işini təqdir etmək üçün nəzərdə tutulub. Aşpazlar yeməklərin hazırlanmasında, təqdimatında və müxtəlif mədəniyyətlərin kulinariya ənənələrinin qorunmasında mühüm rol oynayırlar. Bu günü qeyd edərək, aşpazların yaradıcılığını və peşəkar işlərini tanımaq, onlara təşəkkür etmək üçün bir fürsət təqdim edilir. Bu gün həmçinin kulinariya sahəsindəki yenilikləri, trendləri və aşpazların rolunu müzakirə etmək üçün bir platforma kimi də xidmət edir.

Sumqayit24.az-ın əməkdaşı bu əlamətdar gün münasibəti ilə gənc aşpaz Cavidan Hüseynovla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Cavidan bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 21 yaşım var. Dörd ildir ki, aşpazlıq sənəti ilə məşğulam.

- Aşpaz fəaliyyətinə necə başladınız?

- Kiçik yaşlarımdan yemək bişirməyə həvəsim var idi. Bu sənəti sevdiyim üçün başladım.

- Azərbaycan mətbəxində yeməklərin kifayət qədər yağlı olması xüsusi qeyd edilir. Sizə bu barədə fikir söyləyən olur?

- Bəli, Azərbaycan mətbəxində əksər yeməklər yağlı olur. Bu barədə hər zaman müxtəlif fikirlər bildirirlər. Ümumiyyətlə, hər yeməyin özünün bişirilmə qaydası var.

-  Yeməklərin dadı aşpazın öz fantaziyası ilə nə qədər bağlıdır? Azərbaycan mətbəxinin hansı yeməklərini yeni aranjimanda təqdim edirsiniz?

- Milli mətbəxə nisbətən Avropa mətbəxindəki yeməkləri bişirərkən aşpaz öz yaradıcılığından istifadə edə bilər. Yeniliklər çox vaxt məkana gələn müştərilərin istəyindən asılı olur. Aşpazlıq fəaliyyətimdə milli mətbəxə aid olan əksər yeməkləri yeni təqdimatda nümayiş etdirmişəm. Məsələn, ləvəngi rool, ananasın içində vişnəli can əti, quzu güvəc və s.

- Necə düşünürsünüz, bişirilmə zamanı istifadə edilən tavalar, qazanlar yeməyin dadına təsir göstərə bilir?

-  Əlbəttə ki, təsir edir və bir çox zaman keyfiyyətsiz materiallardan hazırlanmış tava xəstəliklərə yol aça bilir. Tövsiyə olunur ki, türk istehsalı yapışmayan örtüklü tavalardan istifadə olunsun.

- Müştərilərin nə kimi istəkləri nəzərə alınır?

- Çox vaxt müştərilərin qarnir dəyişikliyi, şefdən özəl yeməklər və təqdimatları nəzərə alınaraq istəkləri yerinə yetirilir.

- Öz sevimli yeməkləriniz barədə nə deyə bilərsiniz? Milli mətbəximizdən nələrə üstünlük verirsiniz?

- Mətbəx işçiləri üçün hər bir yemək gözəl və əvəzolunmazdır. Milli mətbəximizdən ən çox plovlar və qazan yeməklərinə üstünlük verirəm.

- Hansı növ mətbəxdə daha çox təcrübəniz var?

- Mən universal mətbəx aşpazı olduğum üçün, hər bir sahədə təcrübəm var. Lakin Avropa mətbəxi daha öndədir.

- Yeməklərinizi tənqid edənlərə necə reaksiya verirsiniz?

- Restorana gələn hər bir müştərinin ağız dadı fərqli olduğundan, tənqidlərə normal reaksiya verirəm.

- Yeni yemək reseptləri hazırlamaq üçün ilham mənbələriniz hansılardır?

- Yeni yeməklər kəşf etmək üçün sosial şəbəkələrdən istifadə edirəm. Milli mətbəxin yeniliklərini kəşf etmək və kulinariyanı izlədiyim üçün Azərbaycanın tanınmış aşpazlarından olan Anar Qasımovu izləyirəm. Avropa mətbəxini təkmilləşdirmək və yenilik gətirmək üçün “executive chef” Gordon Ramsayı izləyirəm.

- Müxtəlif mətbəxlərin təamlarını hazırlamaqda özünüzü nə dərəcədə rahat hiss edirsiniz?

- Aşpazlıq sənətinə başladığım zamandan bu günə kimi öyrəndiyim müxtəlif mətbəxlərin təamlarını hazırlamaq çox rahatdır. Lakin yeniliklər üçün əziyyət çəkmək lazımdır.

- Aşpazlar günü ilə bağlı həmkarlarınıza nə tövsiyə edərdiniz? Aşpaz olmaq istəyib çəkinənlərə nə demək istərdiniz?

- Aşpazlar günü münasibəti ilə həmkarlarıma müvəffəqiyyətlər diləyirəm. Aşpazlıq sənətini seçənlərə uğurlar arzu edirəm. Gözəl sənət, gözəl peşə seçdikləri münasibəti ilə onları təbrik edirəm. İnsan qarşısına qoyduğu məqsədlərə görə addım atmalıdır. Hər peşənin çətinlikləri olur və buna rəğmən məqsədindən yayınmayanların gələcəkdə işinin ustası olacağına əminəm.

Nəzrin Vahid

Son xəbərlər

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Oxşar xəbərlər